10 iyul 2014 23:21
Mirzağa Hüseynpur: Artıq bu oyunu unutmalıyıq
Bakı "İnter"inin futbolçusu Mirzağa Hüseynpur Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 3:1 hesablı qələbəsini belə şərh edib:
"Stadiona gələn, bizi dəstəkləyən hər bir şəxsə təşəkkürümü bildirirəm. Vurduğum qolu valideynlərimə - atama, anama həsr edirəm. Amma biz artıq bu oyunu unutmalı və İsveç klubu ilə oyuna hazırlaşmalıyıq".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
