10 iyul 2014 23:15
Georgi Nikolov: Hər şeyin yaxşı olacağına əmin idim
Bakı "İnter"inin prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 3:1 hesablı qələbəsini belə şərh edib:
"Mən əmin idim ki, hər şey yaxşı olacaq və qələbə qazanacağıq. Birinci hissə çox gərgin keçdi. İkinci hissədə rəqibimizin düşərgəsində nələr baş verdiyini hamımız gördük. Nə olmalıyıdsa, o da oldu. Növbəti mərhələdə bizi İsveç "Elfsborq"u gözləyir. Şanslar bərabərdi. Fikrimcə, indiki heyət bu mövsüm üçün qarşıya qoyulan hədəfə çatmaq üçün yetərlidi".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
