10 iyul 2014 18:50
Cavadov, Hacıyev və Budak yeni mövsümün hazırlığına başladı
Türkiyənin "Qaziantep BB" klubu yeni mövsümün hazırlığına start verib. Azerisport.az xəbər verir ki, komandanın mövsümöncəsi təşkil olunan toplanışında 23 oyunçu cəlb olunub.
Onların arasında Azərbaycan yığmasının üzvləri - Cavid Hüseynov, Rəhman Hacıyev və Ufuk Budak da var.
