10 iyul 2014 18:35
Nurəhmədov Sumqayıtla 2 illik müqavilə imzaladı
Premyer Liqada 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, son olaraq "Rəvan"da çıxış etmiş Kamil Nurəhmədov yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
23 yaşlı futbolçu "Sumqayıt" FK-da 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2011/12 mövsümündə "Sumqayıt"da çıxış etmiş Kamil Nurəhmədov həmin mövsüm bu komandada ən çox oyun keçirmiş futbolçu olub. O, 32 turun hamısında meydanda olub. Bundan başqa, Nurəhmədov həmin mövsüm 4 qol vurmaqla 2-ci ən sərrast futbolçu olub. (klub saytı)
