10 iyul 2014 18:15
Qarabağ Çempionlar Liqası üçün iştirak ərizəsini açıqladı
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun heyətində hələlik 21 futbolçu yer almaqdadı:
Qapıçılar: İbrahim Şehiç, Fərhad Vəliyev;
Müdafiəçilər: Ansi Aqolli, Qara Qarayev, Ağaseyid Qasımov, Tərlan Quliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Admir Teli;
Yarımmüdafiəçilər: Riçard Almeyda, Toğrul Bilallı, Çumbinyo, Leroy Corc, İlqar Qurbanov, Tural İsgəndərov, Muarem Muarem, Cavid Tağıyev, Namiq Yusifov;
Hücumçular: Reynaldo, Vüqar Nadirov.
Xatırladaq ki, "Qarabağ" ÇL-dəki ilk sınağında Malta "Valletta"sıyla qarşılaşacaq. İlk oyun iyulun 15-də, cavab görüşü 22-də keçiriləcək.
