10 iyul 2014 17:50
Koper cəzalanmayacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun qalibi "Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri olan Monteneqro "Çelik"i ilə Sloveniya "Koper"i arasındakı ilk oyunun nəticəsinin öncədən razılaşdırıldığı, danışılmış olması, futbolçuların bu oyuna pul qoyuluşu etməsi barədə müxtəlif şayiələr dolaşır. Azerisport.az xəbər verir ki, buna görə klubların cəzalanacağı gözlənilsə də, bu, baş verməyəcək.
Belə ki, ilk oyunda 5:0 hesabıyla qalib gəlmiş "Koper" bu gün keçiriləcək cavab matçında möcüzə baş verməsə, Azərbaycan təmsilçisinə rəqib olacaq.
