Damir Hadziç: Neftçi Koper ilə matçın favoritidi
Sloveniyanın "Koper" klubunun müdafiəçisi Damir Hadziçin azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibiniz olan Monteneqro "Çelik"i ilə oyunda 5:0 hesablı səfər qələbəsinə sevindiniz. Artıq sizin növbəti mərhələdə olduğunuzu əminliklə demək olar?
- Fikrimcə, demək olar. Rəqibimiz çox zəif idi. Hətta deyərdim ki, onların bu qədər zəif olacağını özümüz də gözləmirdik. Amma etiraf edim ki, biz ikinci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşmaq istəmirdik.
- Niyə?
- Məsələ heç də bizim bu komandadan qorxmağımızla bağlı deyil. Sadəcə, bizim bu komanda barədə çox məlumatımız yoxdu.
- Rəqib barədə nə bilirsiz ki?
- Bilirik ki, Azərbaycan Kubokunun qalibidi.
- Hansı komanda favorit olacaq?
- Düşünürəm ki, "Neftçi".
- Niyə?
- Onların çox yaxşı legionerləri var. Heyət baxımından onlar bizi üstələyirlər. Bizim heyətdəki oyunçuların isə əksəri gənclərdi, yerlilərdi. Bu üzdən bizə çətin olacaq.
- Siz Azərbaycan komandalarına qarşı oynamısız?
- Xeyr, heç vaxt.
- "Çelik" - "Koper" matçının nəticəsinin öncədən razılaşdırıldığı barədə söhbətlər dolaşır...
- Bizim adımız heç nədə hallandırılmır. Məncə, biz heç nəyə görə məsuliyyət daşımamalıyıq. "Koper" ilk matçda meydana çıxıb, öz futbolunu oynayıb, qələbə qazanıb.
