10 iyul 2014 17:00
Georgi Boqyu: İnter üzərində qələbə möcüzə olmayacaq
Moldovanın "Tiraspol" klubunun hücumçusu Georgi Boqyu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Evdəki məğlubiyyətdən sonra vəziyyət heç də bizim istədiyimiz kimi deyil. Çox çətin olacaq. Amma hər şey öz əlimizdədi. Bunun üçün yetərli gücümüz də var. "İnter"dən zəif deyilik. İlk oyunda bu iki komanda arasındakı səviyyə fərqini göstərə bilməz. Möcüzə? Bizim qələbəmiz möcüzə sayılmayacaq. Əminəm ki, nəticə qazanacağıq".
