10 iyul 2014 15:43
Hakimlərimiz Polşaya çatdı
Azərbaycan futbol hakimləri Polşaya yollanıb. Azerisport.az xəbər verir ki, hakimlərimiz paytaxt Varşavadakı Olimpiya mərkəzində məskunlaşıb.
Burada Topaz Premyer Liqasının oyunlarına təyinat alan referilər və onların köməkçiləri üçün təlim-məşq toplanışı keçiriləcək. İyulun 25-dək davam edəcək toplanışda 19 referi və 19 referi köməkçisi iştirak edir. Onlar müxtəlif oyunları idarə edəcək.
