10 iyul 2014 15:01
Şoliç bu gün Azərbaycanı tərk edir
"Bakı"nın futbolçusu Aleksandr Şoliç Azərbaycanı tərk edir. Azerisport.az xəbər verir ki, transfer vərəqəsini götürən Şoliç artıq əşyalarını toplayıb.
Bu gün Bakını tərk edəcək futbolçunun gələcək karyerası sual altındadı.
Qeyd edək ki, "Bakı" klubunun Şoliçə də borcu var. Futbolçunun sözlərinə görə, son bir neçə ayın məvacibini almayıb.
