10 iyul 2014 14:50

Elvin Məmmədov: İnterlə birgə pley-offda oynamaq istərdim

"İnter"in futbolçusu Elvin Məmmədov azerisport.az saytına müsahibəsində "Tiraspol" ilə cavab görüşündən, komandanın hədəflərindən danışıb.

- İlk oyundan sonra söyləmişdin ki, 2 top buraxmasaydıq, Bakıda rahat oynayardıq. Deməli, "İnter" rahat oynamayacaq...
- Sizinlə razıyam. 3:0 hesablı qələbə tam başqa idi. Bu hesab isə rəqibə şans verir. Onlar Bakıda 2 qol vursalar, biz hər şeyi yenidən başlamalıyıq. Buna görə diqqətli olmalıyıq. Nəticə çox vacibdi. Cari mövsüm avrokuboklarda ilk oyunu ev oyununa çıxacağıq. Qələbə qazanmaq istəyirik. Həm qələbə, həm də növbəti mərhələyə vəsiqə bizim olmalıdı.

- "İnter"in fasilədən sonra 2 qol buraxmasında günahkar kimdi?
- Bakıya gələndən sonra oyunun təkrarına baxdıq. Səhvlərimizi gördük. Baş məşqçi da haqlı olaraq iradlarını bildirdi. Fikir verdinizsə, 3:0-dan sonra futbolçular irəli getmək barədə düşünmürdü. Ancaq top saxlayırdıq. Arxayınlaşdıq və buna görə cavab verdik. Üstünlüyə baxmayaraq, sona qədər hücum etməliydik. O halda hesab tam fərqli olacaqdı. Səhvlərimizi Bakıda təkrarlamaq olmaz.

- İkinci seçmə mərhələdə komanda İsveçin "Elfsborq" klubuyla qarşılaşa bilər. Rəqib haqda məlumatınız varmı?
- Biz hər növbəti rəqib haqda informasiya toplayırıq. İsveç klubuyla maraqlanmamışıq. Bizə "Tiraspol" üzərində qələbə lazımdı. Azərbaycan çempionatının gümüş medalçısı kimi ilk mərhələdə mübarizəni dayandırmağı heç düşünmürük. Bu mərhələni keçsək, sonra İsveç klubu barədə danışarıq. 3:2 hesablı qələbə üstünlük deyil. Futbolda 3:0 hesablı qələbə qazanan klubların sonradan daha böyük hesabla uduzduğunu görmüşük. Ona görə fikrimizi cavab oyununa yönəltmək lazımdı.

- "İnter" və "Tiraspol" klublarını səviyyə baxımından müqayisə etmək olarmı?
- Səviyyə baxımından fərq böyük deyil. Ola bilər, Azərbaycan futbolunda maliyyə yatırımları daha çox olsun. Sadəcə, "Tiraspol" da yaxşı heyətə malikdi. Xüsusilə yarımmüdafiə xəttini qeyd etməliyəm. Onların heyətində Oleq Molla ilk görüşdə yaxşı təsir bağışladı. Zəif rəqib olmur. Yaxşı öyrənilməmiş rəqib olur. Sabit olaraq Moldova çempionatında medal qazanırlarsa, deməli, yaxşı komandadı. Kimin güclü olduğunu Bakıdakı cavab oyunundan sonra öyrənəcəyik.

- "İnter" bu oyunla hansı mərhələyə qədər irəliləyə bilər?
- Sözsüz ki, komanda artırmalıdı. Bizim yaxşı oyunumuz irəlidədi. Yay hazırlığından sonra yorğunluq yoxdu. İndi optimal gücü bərpa etmək lazımdı. Daha yaxşı oynamalıyıq. Avstriyada düşərgədə olanda rəhbərlik komandanın bir neçə mərhələ keçməsinin vacib olduğunu demişdi. Heç olmasa pley-offda oynamaq istəyərdik.

- Son illər karyeran o qədər uğurlu deyildi. "İnter"ə transferdən sonra ilk səfər matçında yaxşı təsir bağışladın. Yeni komanda düşərli oldu?
- Son illər haqlı tənqidlə üzləşirdim. Müxtəlif səbəblərdən oyunum alınmırdı. Tənqid olunurdumsa, deməli ümidləri doğrultmurdum. "İnter" komandası vahid ailədi. Burada müəyyən strategiya var. Hər futbolçu bura uyğunlaşa bilmir. Çox sevinirəm ki, ilk oyunda qol vurdum. Komandaya lazım olduğumu göstərmək vacibdi. Növbəti oyunlarda da "İnter"in uğur qazanmasına çalışacam.

- Niyə məhz "İnter"? Bu komandanı seçməkdə əsas rolu kim oynadı?
- Mənimlə maraqlanan bütün klublara təşəkkür edirəm. Sadəcə, "İnter" mənə özgə deyil. Bir neçə il əvvəl burada oynamışam. Baş məşqçi oyunumu izləyib. Yəqin bilir ki, onun oyun üslübuna daxiləm. Klubda hamını tanıyıram. Yaxşı oynamağımda baş məşqçi amili də böyük rol oynayır. Kaxaber Sxadadzeylə çalışmaq da təsirini göstərdi. "İnter" daim iddialı olub və sabit olaraq çempionatda mükafatçılar sırasına düşüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.