10 iyul 2014 14:43
Elvin Məmmədov: Tiraspola qarşı oynamayacağıma görə təəssüflənirəm
"İnter"in futbolçusu Elvin Məmmədov Moldova "Tiraspol"u ilə cavab oyunu haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oynamayacağıma görə təəssüflənirəm. Komandamızın üstünlüyü olsa da, demək olmaz ki növbəti mərhələyə vəsiqəni həll etmişik. Rəqib Bakıda 2 qol vursa, bizim üçün hər şey təzədən başlaya bilər. Diqqətli olmaq lazımdı. "Tiraspol"u tanıyırıq və necə oynamaq lazım olduğunu bilirik. Doğma azarkeşlər önündə qələbə qazanmağa borcluyuq. İnanıram ki, "İnter" bu vəzifənin öhdəsindən gələcək".
