10 iyul 2014 14:35
Mikel Alvaro: İnter yenə də ilk dəqiqələrdən qələbəyə oynayacaq
"İnter"in yarımmüdafiəçisi Mikel Alvaro Moldova "Tiraspol"una qarşı Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim üçün çox vacib oyundu. Belə bir şansı əldən verə bilmərik. Səfərdə yaxşı nəticəyə nail olduq, 3:2 hesabıyla qalib gəldik. Amma bu, bizi sakitləşdirməməlidi. Bu gün də ilk dəqiqələrdən qələbəyə oynayacağıq".
