10 iyul 2014 14:28
İnter - Tiraspol matçına neçə bilet satılıb?
Bakı "İnter"i ilə Moldova "Tiraspol"u arasında bu gün keçiriləcək Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda satışa çıxarılan 3300 biletdən 1000-dən artığı satılıb.
Amma Bakı klubunda əmindilər ki, oyun saatına qədər qalan biletlər də satılacaq. Bundan əlavə 300 bilet qonaq qismində oyuna dəvət olunanlara paylanacaq.
Qeyd edək ki, "İnter Arena" 6200 azarkeş tutumuna malikdi.
"İnter" - "Tiraspol" matçı bu gün saat 21:00-da start götürəcək.
