10 iyul 2014 13:34
Yaşar Seyidov: Ola bilər, Pantiç özü belə istəyib
"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov baş məşqçi Milinko Pantiçin klubdan ayrılma xəbərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Pantiçin klubdan ayrılma xəbərini mətbuatdan oxudum. Müəyyən problemlərimiz olsa belə baş məşqçinin gedişi müzakirə obyekti olmayıb. Ola bilər, Pantiç özü belə istəyib. Baş məşqçinin dəyişməsi planımıza daxil deyil. Klub prezidenti Hafiz Məmmədovla görüşdə məsələni dəqiqləşdirməyə çalışacam. İstənilən halda bir məsələ dəqiqdir. Hansı problemimiz olsa belə "Bakı" premyer liqada çıxışını davam etdirəcək. Buna əmin ola bilərsiz".
