Qəbələ Avropa Liqası ilə darmadağınla vidalaşdı
Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan daha biri - "Qəbələ" də ilk sınağına çıxıb.
Bölgə klubu Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə mübarizə aparırdı. Təmsilçimiz ilk oyunu doğma meydanda keçirmişdi və 0:2 hesabıyla məğlub olmuşdu. Buna görə də növbəti mərhələyə vəsiqə qazanmaq üçün Dorinel Muntyanunun komandası 3 qol vurmalıydı. Amma Azərbaycan klubu buna nail ola bilməyibə. Əksinə, səfər oyununda özü o qədər qol buraxaraq, mübarizəni dayandırıb.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
10 iyul
Şiroki Briyeq - Qəbələ - 3:0 (2:0)
Qollar: Q.Zakariç, 17 (1:0), M.Mariç, 29 (2:0), M.Mariç, 56 (3:0).
Sarı vərəqə: A.Ropotan, 10, M.Pehar, 21, Ü.Abbasov, 45, V.Levin, 55.
Hakim: Vladimir Vnuk (Slovakiya).
Şiroki Briyeq. "Peçara" stadionu.
İlk oyun - 2:0
ŞİROKİ BRİYEQ: 23. Antonio Soldo, 6. Yosip Barişiç, 21. Slavko Brekalo, 27. Neven Laştro, 7. Dino Çoriç, 8. Mate Pehar (10. Yure İvankoviç, 60), 11. Qoran Zakariç, 14. Davor Landeka, 15. Vagner Laqo (k), 19. İvan Peko (16. Yosip Çorluka, 34), 9. Mirko Mariç.
Ehtiyat oyunçular: 12. Luka Bilobrk, 4. Daniyel Kojul, 17. Vlado Zadro, 18. Zvonimir Kojulj, 28. Filip Mihalyeviç.
Baş məşqçi: Slaven Musa.
QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə (7. Ruslan Əmircanov, 46), 34. Ürfan Abbasov, 44. Rafael Santos, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 25. Adrian Ropotan, 10. Dodo, 11. Andrey Kristya (4. Elvin Camalov, 65).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Kristian Pulhak, 3. Şirməhəmməd Məmmədov, 5. Sadiq Quliyev, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.
