10 iyul 2014 22:49

İnter əzmkar qələbə ilə 2-ci təsnifat mərhələsində!

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan "İnter" də növbəti sınağına çıxıb.

Paytaxt klubu Moldova "Tiraspol"u ilə mübarizə aparırdı. Təmsilçimiz ilk oyunu səfərdə keçirmişdi və 3:2 hesabıyla qalib gəlmişdi. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün "bankirlər"ə hətta istənilən hesablı heç-heçə də sərf edirdi.

Qarşılaşmada hesabı qonaqlar açıb. Amma təmsilçimiz oyunun sonunda 9 nəfərlə qalan rəqibinə 3 qol vurmağı bacarıb və inamlı qələbə sayəsində növbəti mərhələyə adlayıb.

"İnter" növbəti mərhələdə İsveç "Elfsborq"u ilə üz-üzə gələcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(cavab oyunu)
10 iyul

İnter - Tiraspol - 3:1 (0:1)
Qollar: V.Bulat, 6 (0:1), A.Daşdəmirov, 78 (1:1), B.Sxadadze, 83-pen. (2:1), M.Hüseynpur, 90+1 (3:1)
Matçın 78-ci dəqiqəsində B.Sxadadze penaltidən yararlana bilməyib (qapıçı).
Sarı vərəqə: A.Məmmədov, 15, S.Şapoval, 46, G.Karaneyçev, 55, B.Hauşi, 66.
Qırmızı vərəqə: G.Georgiyev, 76, L.Japaridze, 82.
Hakim: Marios Panayi (Kipr).
Bakı. "Şəfa" stadionu.
İlk oyun - 3:2

İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (k) (28. Baçana Sxadadze, 41), 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 27. Dieqo Madriqal (9. Mirzağa Hüseynpur, 78).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. İvan Benites, 7. Abdulla Abatsiyev, 17. Məhəmməd Mirzəbəyov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
TİRASPOL: 25. Georgi Georgiyev (k), 5. Andrey Novikov, 7. Yevgen Zariçnyuk (9. Georgi Ovsyannikov, 71), 10. Oleq Molla, 13. Boqdan Hauşi, 15. Georgi Karaneyçev (11. Georgi Boqyu, 56), 16. Laşa Japaridze, 18. Marko Vidoviç, 23. Viktor Bulat, 27. Ademar, 77. Kirilo Sidorenko (8. Sergey Şapoval, 46).
Ehtiyat oyunçular: 12. Vladimir Livşit, 3. Erik Barroso, 14. Vadim Rata, 24. İqor Poyarçov.
Baş məşqçi: Vlad Qoyan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.