10 iyul 2014 13:45
Savinov əmindi - Tiraspol İnteri keçəcək
"Bakı"nın sabiq müdafiəçisi Aleksey Savinov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələn Bakı "İnter"i ilə Moldova "Tiraspol"u arasındakı cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda Bolqarıstandayam. Komandamız - "Veris" yerli "Liteks"lə cavab matçına hazırlaşır. Fikrimcə, "Tiraspol" "İnter"i keçəcək. Bizim uşaqların itiriləsi nəyisə qalmayıb. Əminəm ki, biz daha çox hücum edəcəyik və istəyimizə çatacağıq".
