10 iyul 2014 13:20
Simurq belçikalı futbolçu gətirir
Belçikanın "Mexelen" klubunun müdafiəçisi Kenni Van Xovelen karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, belçikalı futbolçunun xidmətində "Simurq" maraqlıdı.
"Azərbaycan klubundan maraq var, ora ailəmlə yollanacam. Əgər bu kluba keçməli olsam, yaxşı şərtlər irəli sürəcəm. Hələlik isə mən "Mexelen"in oyunçusuyam. Hələ bir il də müqaviləm qalır. Buna görə komandamla məşq edirəm".
