9 iyul 2014 00:50
"Muntyanu məni komandasında görmək istəyirdi"
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu həmyerlisi olan hücumçu Liviu Antalı komandasında görmək istəyirmiş. Bu barədə azerisport.az saytına futbolçunun özü bildirib:
"Muntyanu məni də "Qəbələ"yə aparmaq istəyirdi. Bu insana çox böyük hörmətim var. Amma mənə başqa komandalardan da təkliflər vardı. Onlar mənə daha sərfəli təkliflər irəli sürmüşdülər. Düşündüm və karyeramı Türkiyənin "Gənclərbirliyi" klubunda davam etdirməyə qərar verdim. Hətta "Styaua"dan da imtina etdim".
