9 iyul 2014 00:30

Tahir Süleymanov: Oyun danışılmışdısa, UEFA ciddi qərarlar qəbul etməlidi

Azərbaycan Kubokunun qalibi "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinizin - Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"inin ilk oyununun danışılmış olmasına dair fikirlər səsləndirilir. Sizin klubda bu məsələ ilə bağlı nə düşünürlər?
- Əgər bu oyun danışılmışdısa, bu, Avropa futbolu üçün çox mənfi haldı. Burada məsələ heç də bu komandaların bizim rəqiblərimiz olmasında deyil. UEFA bu məsələni mütləq ciddi araşdırmalı və iddialar əsasını taparsa, sözügedən klubları, ümumiyyətlə belə yollara əl atan komandaları cəzalandırmalıdı. Amma "Neftçi" bu məsələyə qarışmayacaq. Qoy bununla UEFA özü məşğul olsun.

- Amma "Neftçi"ni bu komandaların cəzalandırılması qane edir. Çünki belə olacağı halda oynamadan üçüncü təsnifat mərhələsinə vəsiqə qazana bilərsiz...
- Əgər doğrudan da belə bir məsələ varsa, UEFA hər iki klubu cəzalandırmalıdı. Futbolda təmizlik olmalıdı.

- Yeni mövsümə hazırlıq necə gedir?
- Plan üzrə hazırlaşırıq. Bu gün sonuncu yoxlama oyunumuz olacaq. Ayın 10-da isə vətənə qayıdacağıq. Avropa Liqasının hazırlığını Bakıda davam etdirəcəyik.

- Komandadan yeni mövsümdə nə gözləyək?
- 2012/13 mövsümündə Avroliqadakı uğurlu çıxışın ardından ötən mövsüm Albaniya klubunu məğlub edə bilməməyimiz mənfi haldı. Bu üzdən bizim Azərbaycan futbolu qarşısında borcumuz var. Ona görə bu mövsüm özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bütün azarkeşləri "Koper"lə ilk matçımıza səsləyirəm. İnanıram ki, biz yaxşı futbol göstərə, müsbət nəticə qazana biləcəyik.

- Yeni transferlər baxımından nə yenilik var?
- Biz artıq heyəti tam komplektləşdirmişik və transfer çalışmalarımızı tamamlamışıq. Kifayət qədər yaxşı legionerlərimiz, gənc futbolçularımız var. Fikrimcə, onların timsalında yaxşı komanda görə biləcəksiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.