9 iyul 2014 00:15
Dneprin forvardı Qəbələdə baxışdadı
Ukraynanın "Dnepr" klubunun hücumçusu Bayram Budaqov karyerasını "Qəbələ"də davan etdirə bilər. Azerisport.az xəbər verir ki, o, hazırda sözügedən komandanın düşərgəsində baxışdadı.
Budaqov özünü yaxşı tərəfdən göstərə bilsə, məşqçilər korpusunun rəğbətini qazansa, klub rəhbərliyi onunla müqavilə imzalayacaq.
Qeyd edək ki, Budaqov bir müddət öncə "Xəzər Lənkəran"da da baxışda olmuş, amma baş məşqçi Oğuz Çətin tərəfindən bəyənilməmişdi.
