9 iyul 2014 12:30
Tiraspol Xaçaturovsuz gəldi
Moldovanın "Tiraspol" klubu Bakıya gəlib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab görüşündə Bakıda "İnter"in qonağı olacaq komanda "Astoria" otelində məskunlaşıb.
Qonaqlar axşam saatlarında Şəfa stadionunda məşqə çıxacaq.
Qeyd edək ki. "Tiraspol"un heyətində çıxış edən Ermənistan millisinin futbolçusu Artyom Xaçaturov Azərbaycana gəlməyib.
