9 iyul 2014 11:55
Artyom Xaçaturov: Böyük ehtimalla Bakıya gəlməyəcəm
Moldova "Tiraspol"unun erməni futbolçusu Artyom Xaçaturov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək Bakı "İnter"i ilə cavab oyununa gəlməyə bilər. Azerisport.az saytına açıqlamasında bunu, Ermənistan yığmasının müdafiəçisi özü bildirib:
"Hələ Bakıya gəlib-gəlməyəcəyimi bilmirəm. Qərarı klub rəhbərliyi qəbul edəcək. Amma belə düşünürəm ki, böyük ehtimalla gəlməyəcəm".
Qeyd edək ki, Xaçaturov ilk oyunda da "İnter"ə qarşı oynamamışdı. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləmişdi.
Xatırladaq ki, Moldovada keçirilmiş ilk oyunda "İnter" "Tiraspol"a 3:2 hesabıyla qalib gəlmişdi.
