9 iyul 2014 11:01
Yığmamız iki oyunda qalib gəldi
Slovakiyanın Preşov şəhərində təşkil olunmuş 16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında beynəlxalq futzal turnirində Azərbaycan yığması iki oyun keçirib. Azerisport.az xəbər verir ki, komandamız Slovakiya yığmasını 3:0, Polşa-2 komandasını isə 3:2 hesabı ilə məğlub edib.
Xatırladaq ki, yığmamız turnirdə keçirdiyi ilk oyunda Çexiya komandasına 4:0 hesabı ilə qalib gəlmişdi. (AFFA)
