9 iyul 2014 22:00

"İnterlə oyunda hücum və pressinq edəcəyik"

Moldovanın "Tiraspol" klubunun müdafiəçisi Andrey Novikov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına müsahibəsində 2:3 hesablı yenilgi ilə bağlı öncə bunları söyləyib:

"Mənim hələ belə oyunum olmamışdı. Penalti, avtoqol... Həmin vaxt vəziyyət qorxunc idi. Qarşılaşmada dönüş yaratmağa çalışsaq da, oyun getmirdi. Yaxşı ki, oyunun sonlarında qol vura bildik. Bu, ümumi neqativi bir qədər dağıtdı. Təbii ki, belə məğlubiyyətdən sonra növbəti mərhələyə adlamaq şansımız azdı, amma var. Bu, futboldu. "İnter" bizə 3 qol vurdusa, biz niyə eyni uğuru təkrarlamayaq? Mənim fikrimcə, bu, realdı. Bakıda ən azı erkən qol vurmalıyıq. Belədə ikinci qol üçün zamanımız çox olacaq".

"Tiraspol"un vitse-kapitanının fikrincə, Moldovadakı oyunda dönüş nöqtəsi penalti olub: "Top mənim əlimə dəydi. Matçın 8-ci dəqiqəsi idi. Bu, bizi sındırdı. Elə bunun nəticəsi idi ki, dərhal da ikinci qolu buraxdıq. Belədə bizim oyun planımız öz aktuallığını itirdi. Daha sonra da avtoqol qeydə alındı. Bu, dəqiq mənim günüm deyildi. Amma rəqibdə əksinə, çox şey alınırdı. Halbuki, oyuna görə ən azı rəqibdən geri qalmırdıq. Məncə, biz qalib gəlib, növbəti mərhələyə vəsiqə qazanmalıyıq".

Cavab oyunu sabah "Şəfa" stadionunda keçiriləcək. Novikov Bakıdakı arenanın süni örtüklü olmasından da danışıb: "Süni örtük bizim üçün problem olmayacaq. Bildiyimə görə, ən son nəsil süni örtükdü. Yəni demək olar ki, təbii ot örtüyündə oynayacağıq. Onun üzərində top yaxşı gedir. Şənbə günü biz Tiraspolda iki dəfə belə örtükdə məşq etmişik. Gündüz təbii ki, bir qədər çətin olur, amma axşamlar normaldı. Ona görə də meydan amilindən heç nə asılı olmayacağına əminəm. Vacib olan komanda oyunu, matça köklənmədi".

Novikov Bakıda hücum futbolu sərgiləyəcəklərini bəyan edib: "Qol vurmaq lazımdı. Bunun üçün isə hücum və pressinq etməliyik. "İnter" təcrübəli və yaxşı təşkilatlanmış komandadı. Amma biz onların mənfi cəhətlərini bilirik və bundan yararlanmağa çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.