9 iyul 2014 21:44
Sumqayıtın prezidenti: Biz Mirkamil Həşimlini əsas komandaya dəvət etmişik
"Sumqayıt"ın Türkiyənin "Fənərbağça" klubunda çıxış edən azərbaycanlı futbolçu Mirkamil Həşimlini transfer etmək istədiyi barədə xəbər vermişdik. Azerisport.az saytına açıqlama verən klub prezidenti Kamran Quliyev bəyan edib ki, onlar artıq bu oyunçuya təklif göndəriblər:
"Həşimli nə istədiyinə özü qərar verməlidi. Biz onu əsas komandada oynamağa dəvət etmişik. Mən belə hesab edirəm ki, onun Premyer Liqamızda oynaması daha yaxşıdı, nəinki Türkiyə çempionatındakı klubların əvəzedicilərinin birinciliyində. 17 yaşlı futbolçu üçün bu, böyük təcrübə olacaq. Əgər "Fənərbağça"nın əsas heyətində oynamaq şansı varsa, qalsın. "Sumqayıt"da oynayacağı halda isə o, klubu ilə problemini özü yoluna qoymalıdı".
