9 iyul 2014 21:00
Qarabağla Valetta cavab matçına 21:30-da çıxacaq
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sı arasındakı cavab matçının başlama saatının dəyişdirildiyinə dair xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yaymışdı.
UEFA-nın rəsmi saytında oyunun öncə Bakı vaxtı ilə saat 21:30-da start götürəcəyi açıqlansa da, bu gün 18:30-da baş tutacağı bildirilmişdi. Ancaq Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 22-də başa tutacaq qarşılaşma əvvəlki vaxtda, yəni, saat 21:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk matç iyulun 15-də keçirəcək və eyni saatda start götürəcək.
