9 iyul 2014 17:50
Azərbaycanlı hakim AÇ-nin final mərhələsində!
FIFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıb. Azerisport.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcək.
Turnir iyulun 16-dan 31-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. (AFFA)
