9 iyul 2014 17:35
Sumqayıt Anjinin forvardını istəyir
"Sumqayıt" Rusiyanın "Anji" klubundan futbolçu almağa hazırlaşır. Azerisport.az söhbət Tahir Musalovdan gedir.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Danışıqlar müsbət yekunlaşsa, 1994-cü il təvəllüdlü futbolçu karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək.
Qeyd edək ki, Musalov ampluaca hücumçudu.
