9 iyul 2014 16:55
Milinko Pantiç də Bakıdan imtina etdi
"Bakı"nın baş məşqçisi Milinko Pantiç komandadan imtina edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı hətta köməkçilərini də geri çağırıb.
Buna səbəb klubun üzləşdiyi maliyyə problemləridi. Belə ki, paytaxt klubunun futbolçuları ilə yanaşı, məşqçilər korpusu da aylardı maaş ala bilmir. Bu üzdən də o, klubun gələcək aqibətinin qeyri-müəyyən olmasını nəzərə alaraq, komandadan imtina etmək qərarına gəlib.
Maraq üçün bildirək ki, "Bakı" üzləşdiyi maliyyə problemləri ilə əlaqədar bir-bir aparıcı futbolçularını itirməkdədi. Komanda həmçinin xaricə təlim-məşq toplanışına yollanmalı olsa da, bu da baş tutmayıb.
