9 iyul 2014 16:35
Qarabağla Vallettanın cavab matçının başlama saatı dəyişdirildi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sı arasındakı cavab matçının başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu oyunun öncə Bakı vaxtı ilə saat 21:30-da start götürəcəyi açıqlanmışdı.
Amma UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma 21:30-da yox, 18:30-da start götürəcək. Bu oyun iyulun 22-də keçiriləcək.
Maraq üçün xatırladaq ki, Maltada keçiriləcək "Valletta" - "Qarabağ" görüşü iyulun 15-də baş tutacaq və start fiti 21:30-da səslənəcək.
