9 iyul 2014 16:23

Dorinel Muntyanu: Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq

"Qəbələ"nin baş məşçqisi Dorinel Muntyanu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis öncə bunları dilə gətirib:

"İlk oyunda 2 cavabsız qolla uduzduğumuza görə, hazırda cütün favoriti "Şiroki Briyeq"di. Amma qeyd etməliyəm ki, bosniyalıların hər iki qolu bizim öz səhvlərimiz nəticəsində vuruldu. Buna baxmayaraq, sabah biz sona qədər mübarizə aparmağa çalışacağıq. Bir qədər qəribə də səslənsə, deməliyəm ki, növbəti mərhələyə vəsiqə qazanmağa cəhd göstərəcəyik".

Muntyanu ilk oyunda buraxılan səhvlərdən də danışıb: "İlk oyunu yaxşı analiz etmişik. Özüm üçün belə nəticə çıxardım ki, məğlubiyyətin günahkarı özümüzük. Həmin səhvləri bir daha təkrarlamamalıyıq. Əgər bunu bacarsaq, növbəti mərhələyə çıxmaq şansımız olacaq. İtiriləsi heç nəyimiz yoxdu. Buna görə də hücum haqda daha çox düşünəcəyik".

"Qəbələ"nin çalışdırıcısı rəqib komandanı da dəyərləndirib: "Rəqibimiz yaxşı təşkilatlanmış komandadı. Amma "Şiroki Briyeq"in heyətində kimisə xüsusi fərqləndirmək istəməzdim. Onların hansı futbolçusunu "Qəbələ"də görmək istərdim? Bir daha qeyd edirəm ki, Bosniya təmsilçisi yaxşı komandadı və heyətində kimisə fərqləndirmək düzgün olmazdı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.