9 iyul 2014 16:05
Qəbələ Şiroki Briyeqlə matçın hazırlığını başa vurdu
"Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsində Bosniya və Herseqovina "Şiroki Briyeq"inə qarşı keçirəcəyi oyunun hazırlığını bu gün başa vuracaq. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanu Bakı vaxtı ilə saat 23:00-da komandasını oyunun keçiriləcəyi "Petsara" stadionunda son məşqə çıxaracaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "Şiroki Briyeq" Qəbələdən 2:0 hesablı qələbə ilə qayıdıb. Cavab görüşü isə sabah keçiriləcək və saat 23:00-da start götürəcək.
