9 iyul 2014 15:38
Yığmamız 4 cavabsız qolla qalib gəldi
İspaniyanın San-Sebastyan şəhərində keçirilən "Donosti Cup" turnirində çıxış edən 19 yaşadək qadınlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Amara Berri K.E komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qalib gəlib.
Komandamızın qollarını Yaiza Relea, Melis Sarıaltın və Nigar Cəlili vurub. Daha bir top avtoqol nəticəsində qeydə alınıb.
