Neftçinin Çexiya klubu ilə oyunu baş tutmadı
Azərbaycan kubokunun qalibi "Neftçi" hazırlığını Astriyada davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu sabah təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.
Bu gün isə "ağ-qaralar" Avstriyadakı sonuncu yoxlama matçını keçirməliydi. Böyükağa Hacıyev yetirmələrinin gücünü Çexiyanın "Prşibram" komandası ilə matçda yoxlayacaqdı. Lakin Bakı vaxtı ilə 21:00-da startı verilməli olan bu görüş baş tutmayıb. Buna Avstriyadakı əlverişsiz hava şəraiti səbəb olub.
Qeyd edək ki, "Neftçi" Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçəyə razılaşmışdı - 2:2. Rumıniyanın "Botoşani" klubu (0:3) və Drezden "Dinamo"su (Almaniya) ilə oyunlarda (1:2) isə "ağ-qaralar" məğlubiyyətlə üzləşmişdi. Türkiyə toplanışı zamanı "Neftçi" Gürcüstan "Çixura"sı ilə iki oyun keçirmiş (2:3, 1:1) və Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubu ilə qarşılaşmışdı (3:1).
