9 iyul 2014 13:55
Aleksandr Çertoqanov Kloze ilə qarşıdurmasını yada saldı
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov "Feysbuk"dakı rəsmi səhifəsində maraqlı bir şəkil yayımlayıb. Azerisport.az xəbər verir ki, şəkildə o, Almaniya yığmasının hücumçusu Miroslav Klozeyə qarşı mübarizə aparır.
Xatırladaq ki, Kloze ötən gün DÇ-2014-ün yarımfinal mərhələsi çərçivəsində Braziliyay qarşı keçirdikləri oyunda fərqlənməklə dünya çempionatları tarixində ən çox qol (16) vuran futbolçu adına sahib çıxıb.
