9 iyul 2014 13:15
İnter Tiraspolla cavab matçı öncəsi Elvin Məmmədovu itirdi
"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsində Moldova "Tiraspol"una qarşı keçirəcəkləri cavab matçını buraxacaq. Azerisport.az xəbər verir ki, yarımüdafiəçi son məşqlərin birində zədələnib.
Bu üzdən də o, "Şəfa" stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
İlk oyunu zədə səbəbindən buraxan Səlahət Ağayev isə sıraya dönüb. O, artıq komandasıyla birgə məşq edir və mümkündü ki, cavab qarşılaşmasında meydana çıxsın.
Xatırladaq ki, Moldovada keçirilən ilk oyunda "İnter" "Tiraspol"a 3:2 hesabıyla qalib gəlmiş, Elvin Məmmədov isə bir qol vurmuşdu.
