8 iyul 2014 12:55
Rəvanın sabiq qapıçısı Polşa klubunda
"Rəvan"ın sabiq qapıçısı Lukaş Sapela özünə yeni klub axtarır. Azerisport.az xəbər verir ki, 31 yaşlı qolkiper hazırda vətənində Polşanın birinci Liqa təmsilçisi "Olimpiya"da baxışdadı.
Bu komandada məşq edən sabiq "Rəvan"lı hətta bir neçə yoxlama oyununda da sınaqdan keçirilib. Hələlik, məşqçilər korpusu onunla bağlı yekun qərar verməsə də, Sapelanın sözügedən klubla müqavilə imzalamaq ehtimalı yüksəkdi.
