8 iyul 2014 00:36
Neftçi Çexiya klubu ilə sınaq matçı keçirəcək
Azərbaycan Kubokunun qalibi "Neftçi"nin Avstriya toplanışı çərçivəsindəki son rəqibi bəlli olub. Azerisport.az xəbər verir ki, paytaxt klubu Çexiyanın "Prşimbram" komandasıyla qarşılaşacaq.
Sözügedən komanda son mövsümdə 12-ci olub. Bu komanda ilə oyun iyulun 9-da keçiriləcək.
Qeyd edək ki, "Neftçi" Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçəyə razılaşmışdı - 2:2. Rumıniyanın "Botoşani" klubu (0:3) və Drezden "Dinamo"su (Almaniya) ilə oyunlarda (1:2) isə "ağ-qaralar" uduzmuşdu. Türkiyə toplanışı zamanı "Neftçi" Gürcüstan "Çixura"sı ilə iki oyun keçirmiş (2:3, 1:1) və Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubu ilə qarşılaşmışdı (3:1).
