Neftçi üçün şans: UEFA Çelik - Koper matçını şübhə altına aldı
Azərbaycan Kubokunun qalibi "Neftçi" Avropa Liqasında mübarizəyə üçüncü təsnifat mərhələsindən başlaya bilər. Azerisport.az xəbr verir ki, buna səbəb komandamızın potensial rəqibləri olan Sloveniyanın "Koper" və Monteneqronun "Çelik" klubları arasındakı ilk oyunun danışılmış olmasına dair şübhələrin meydana gəlməsidi.
Maraq üçün bildirək ki, Monteneqroda keçirilən bu oyun 5:0 hesabıyla Sloveniya klubunun xeyrinə başa çatmışdı. Lakin UEFA bu görüşün danışılmış olduğu barədə iddialar olduğuna görə, araşdırma aparmağa başlayıb. Oyunda buraxılan ilk qol zamanı qapıçının davranışı xüsusilə sual doğurur.
Əgər komandaların bu oyunun nəticəsini öncədən razılaşdırmasına dair iddialar təsdiqini tapsa, hər iki klub cəzalanacaq. Belədə "Neftçi" də avtomatik olaraq mübarizəyə üçüncü təsnifat mərhələsindən başlamaq şansı qazanacaq.
