8 iyul 2014 12:12
Yığmamızın sabiq forvardı Bolqarıstan klubunda
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Murad Hüseynov Bolqarıstanın "Haskovo" klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, o, hazırda məhz bu komandanın düşərgəsində baxışdadı.
Futbolçu hətta "Çerno More" ilə yoxlama oyununda da iştirak edib. Onun "Haskovo"da qalıb-qalmayacağına tezliklə aydınlıq gəlməlidi.
Qeyd edək ki, Hüseynov vaxtilə "Sumqayıt" və "Qəbələ"də çıxış edib.
