8 iyul 2014 12:01
Subaşiç 100 000-dən imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç artıq bu həftə Türkiyənin "Bucaspor" klubu ilə müqavilə imzalaya bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Subaşiç artıq məxsus olduğu "Orduspor"la da yollarını ayırır. Tərəflər qarşılıqlı razılığa gəliblər. Subaşiç klubuna ona ötən mövsümdən qalan 100 000 türk lirəsi məbləğində borcundan, eləcə də növbəti bir il üçün alacağı 100 000 avrodan imtina edib. Klub isə ona azad agent statusu verib.
