8 iyul 2014 23:00

Qarabağ almanlara divan tutdu

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu gün növbəti yoxlama matçına çıxıb.

Avstriyadakı hazırlığının sonuncu həftəsini keçirən “atlılar” son yoxlama matçında Almaniyanın aşağı divizion təmsilçisi "Sonnenhof Qrossaşpax" klubu ilə qarşılaşıb. Qurban Qurbanovun yetirmələri bu görüşdə 6 qolla qələbə qazanıblar.

Xatırladaq ki, bundan öncə Donetsk "Şaxtyor"u (Ukrayna) və Rusiya "Krasnodar"ına müvafiq olaraq 0:2 və 0:1 hesabıyla uduzan Qurban Qurbanovun yetirmələri ardıcıl olaraq Almaniyanın "Vakker Burqhauzen" komandasına 2:0, Çexiyanın “Viktoriya” klubuna 3:1 hesabıyla qalib gəlib.

Yoxlama oyunu
8 iyul

Qarabağ - Sonnenhof Qrossaşpax - 6:1 (3:0)

Yağmurlu hava şəraitində keçirilən oyun başladı
3. Reynaldonun ideal ötürməsindən sonra Leroy Corc hesabı açır - 1:0
14. İlk qolun ötürməsini verən Reynaldo bu dəfə özü fərqləndi - 2:0
17. Danilo Dias komandasının 3-cü qolunu vurur - 3:0
20. Rəqib təzyiqi artırsa da, komandamız müdafiədə inamlı çıxış edir
28. Almaniya klubu qol vəziyyəti yaratsa da, istəyinə çata bilmir
32. Reynaldonun təhlükəli zərbəsi qapının üzərindən keçdi
38. Rəqibin təhlükəli cərimə zərbəsini İbrahim Sehiç inamlı çıxışla dəf etdi
40. Riçard Almeydanın zərbəsi qapıdan xeyli aralı keçdi
45. İlk hissə başa çatdı
46. İkinci hissə başladı
59. Leroy Corc rəqibin cərimə meydançasına asanlıqla daxil olaraq özünün 2-ci, komandasının isə 4-cü qolunu vurdu - 4:0
63. Çumbinyonun cərimə zərbəsi qapıdan aralı keçdi
66. Reynaldo əla keçidi ilə cərimə meydançasına daxil oldu və özünün 2-ci, komandasının 5-ci qolunu vurdu - 5:0
72. "Qarabağ"ın heyətində dəyişiklik oldu. Bədavi Hüseynov, Qara Qarayev və Çumbinyonun əvəzinə meydana Muarrem Muarrem, Hacı Əhmədov və Vüqar Nadirov daxil oldu
75. Reynaldo het-trik edərək komandasının 6-cı qolunu vurdu - 6:0
78. Maksim Medvedevin əvəzinə meydana İlqar Qurbanov daxil oldu
86. Rəqib təsəlli qolunu vura bildi - 6:1
90. Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.