8 iyul 2014 11:55

Sxadadze: Biz Tiraspolun Bakıda möcüzə etməsinə imkan verməyəcəyik

"İnter"in hücumçusu Baçana Sxadadzenin azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibinizə - Moldova "Tiraspol"una səfərdə 3:2 hesabıyla qalib gələcəyinizi gözləyirdiz?
- Biz bu oyuna çox yaxşı başladıq. Nəticədə iki qol vurduq. Pis olan odu ki, biz üç qol vurduqdan sonra öz qapımızda iki top gördük. Amma, yenə də nəticəni normal sayıram.

- Niyə 3:0-dan sonra komanda hücumlarına ara verdi? Baş məşqçinin tapşırığı eləydi?
- Xeyr, belə bir tapşırıq almamışdıq. Sadəcə, oyun elə alındı. Arxayınlaşmışdıq. Növbəti oyunda daha yaxşı çıxış etməliyik. Çünki hamı bizdən bu rəqibi keçməyi gözləyir.

- Tiraspollular belə hesab edirlər ki, oyun daha 10 dəqiqə davam etsəydi, onlar hesabı bərabərləşdirə də bilərdilər...
- 90 dəqiqə onlara bəs etmir ki? (gülür) Biz əslində onlara dörd qol vurmuşduq, amma hakim onların birini qeydə almadı. Qoy necə istəyirlər, düşünsünlər. Cavab oyunu da olacaq, hər şeyə orada aydınlıq gələcək.

- Necə oynamağı düşünürsüz?
- Bakıdakı oyunda da qələbə qazanmaq istəyirik. Öz futbolumuzu oynayacağıq. İnanıram ki, azarkeşlər də çox olacaq. Onların hər biri bizə çox böyük kömək olacaq.

- Sizcə, moldovalılar Bakıda möcüzə edə biləcək gücdədilər?
- Onlara bunu gerçəkləşdirmək çətin olacaq. "Tiraspol" adi rəqib deyil. Amma biz onların buradan qələbə qayıtmasına imkan vermərik.

- "İnter" Avroliqada belə oyunla nəyə nail ola bilər?
- Biz oyundan-oyuna daha da artırmalıyıq. Bu mərhələni keçək, sonrasına baxarıq.

- Sizə komandanın demək olar ki, yeganə hücumçusu olmaq çətin olmayacaq ki?
- Yüksək səviyyəli futbolçularımız nə qədər çox olsa, bir o qədər yaxşıdı. Rəqabət bizi daha da güclü edir. Odu ki, yeni hücumçunun gəlməsi pis olmazdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.