8 iyul 2014 11:22
Millimiz Rusiya təmsilçisinə 6 qolla qalib gəldi
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası "FC CITY" klubu ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 6:4 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Zeynal Zeynalov, Orxan Məmmədov, Hikmət Bağırov və Amid Nəzərov fərqlənib.
