"Oğuz Çətin dedi ki, Kağan Konuku Xəzər Lənkəranda görmək istəyir"
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" Türkiyə klubu "Şanlıurfaspor"dan ayrılan Kağan Timurçin Konuku heyətinə qatmaq istəyir. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı 24 yaşlı yarımmüdafiəçinin meneceri Tamer Özçam yerli mətbuata açıqlamasında da təsdiqləyib:
Özçamın sözlərinə görə "ağ-yaşıllar"ın baş məşqçisi Oğuz Çətin ona zəng edərək futbolçunu transfer etmək istədiklərini bildirib: "Ötən gün Azərbaycan Premyer Liqasında mübarizə aparan "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin mənə zəng edib, Kaanı transfer etmək istədiklərini dedi. Hesab edirəm ki, bu keçid qısa müddətdə reallaşacaq. Türkiyə 1-ci divizionunda çıxış edən digər klublardan da təklif almışıq, amma "Xəzər Lənkəran"ın cavabını gözləyirik. Bu keçid baş tutmazsa, digər variantları dəyərləndirəcəyik. Kaanın Oğuz Çətinlə uğur qazanacağına inanıram".
