8 iyul 2014 16:45
Subaşiç: Ordusporun mənə olan borcundan imtina etməmişəm
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç Türkiyənin "Orduspor" klubunun ona olan 100 000 lirəlik borcundan imtina etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, "Bucaspor"a keçəcəyi barədə xəbərləri də təkzib edib:
"Klubun mənə olan borcundanimtina etməmişəm. Bu, yalan məlumatdı. "Orduspor"dan FİFA-ya şikayət etmişəm. Başqa təklif almamışam. Qoy bu məsələ həllini tapsın, onda hər şey aydınlaşar".
