8 iyul 2014 16:09
Yosip Barışiç: Qəbələ zəif deyil, biz güclüyük
Bosniyanın "Şiroki Briyeq" klubunun futbolçusu Yosip Barışiç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" ilə oyuna hazırlaşırıq. Bütün diqqətimizi bu görüşə yönəltmişik. Qələbə haqda düşünürük. Səfərdə qalib gəlmişik, bunu evdə də təkrarlamağa çalışacağıq. Deməzdim ki, "Qəbələ" zəif komandadı. Sadəcə, biz güclüyük".
