8 iyul 2014 15:30
Sadio Tounkara Xəzər Lənkərandan FİFA-ya şikayət edəcək
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara cənub klubundan FİFA-ya şikayət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, buna səbəb klubun ona borclu olmasıdı.
Tounkara iddia edir ki, cənublular ona hər ay 5000 ABŞ dolları maaş veriblər. Halbuki, ilkin danışıqlar vaxtı fərqli məbləğ nəzərdə tutulmuşdu.
